- Baxış sayı: 17
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
SOCAR-ın nəzdində fəaliyyət göstərən “CBC Sport” telekanalı ilə AzTV-nin törəmə kanalı “İdman Azərbaycan” arasında gedən mübarizə yeni müstəviyə qədəm qoyub. Allspor.az saytının məlumatına görə, Rövnəq Abdullayevlə Arif Alışanov arasında gedən 9 milyonluq mübarizə barədə oxuculara məlumat vermişdik. Həmin yazıda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “İdman Azərbaycan”ın bağlanmasında maraqlı olduğu bildirilirdi. Abdullayev idman kanalının 9 milyonluq büdcəsini öz nəzarətində olan “CBC Sport”a transfer etmək niyyəti güdür.
Komanda.az xəbər verir ki, Rövnəq Abdullayevin telekanalı fəaliyyət sferasını genişləndirir. “CBC Sport” artıq xarici ölkələrin futbol çempionatlarının da yayım hüququnu alır. Təbii ki, bunun üçün vəsait ödənilir. CBC Azərbaycan Premyer Liqasının yayım hüququnu 700 min manata alıb. Mətbuatda yayılan məlumatda isə bu kanalın illik büdcəsinin cəmi 600 min manat olduğu bildirilirdi. Görünür, kanalın büdcəsi kifayət qədər artırılıb ki, artıq xarici cempionatların da yayım hüququ alınır.
“CBC Sport” İtaliya və Rusiya çempionatlarının yayımına başlayıb. Kanaldan verilən məlumata görə, yaxın günlərdə Ukrayna çempionatının da yayım hüququ alınacaq.
İtaliya çempionatı ilə işimiz yox, “A” seriyasının Azərbaycanda kifayət qədər izləyicisi var. Ancaq Rusiya və Ukrayna çempionatları üçün Azərbyacan neftindən vəsaitin ayrılması olduqca müəmmalıdır. Ölkəmizdə Rusiya və Ukrayna çempionatlarının azarkeşləri var. Ancaq onların sayı çox azdır. Türkiyə çempionatının isə Azərbaycanda milyonlarla azarkeşi var. Lakin nədənsə Rövnəq Abdullayevin telekanalı Türkiyə Superliqasının yox, Rusiya Premyer Liqasının yayım hüququnu almaq üçün vəsait ödəyib. Özü də az ödəməyib. Əldə etdiyimiz məlumata görə, Rusiya çempionatının oyunlarının ölkəmizdə yayımına icazə üçün 470 min dollar ödənilib. Azərbaycanda kiçik azarkeş kütləsinə sahib olan bir çempionat üçün bu qədər vəsaitin ödənilməsi isə qaranlıq məqamlardan xəbər verir.
“CBC Sport”un direktoru İlham Rüstəmovdur. O, Rusiyanın “NTV Sport”, “Naş futbol” telekanallarında işləyib. Komanda.az-ın arapdığı kiçik araşdırmalardan sonra bəlli oldu ki, “CBC Sport”un yayımını aldığı Rusiya və almağa hazırlaşdığı Ukrayna çempionatlarında xeyli erməni futbolçu çıxış edir. İki ölkənin çempionatında üst-üstə 19 erməni top qovur – Rusiyada 12, Ukraynada 7. Rusiya Premyer Liqasında çıxış edən 9 klubun heyətində erməni futbolçu var. Belə çıxır ki, Rövnəq Abdullayevin telekanalı Azərbaycan neftinin pulunu erməni futbolçuların təbliğatı üçün xərcləyir…
Rusiya və Ukrayna çempionatlarında çıxış edən erməni futbolçuların siyahısını təqdim edirik:
Rusiya – 12
“Rubin”
Gevorq Arutyunyan
“Krasnodar”
Levon Bayramyan
Arutyun Qriqoryan
“Spartak”
Yura Movsisyan
Araz Özbiliz
“Amkar”
Robert Arzumanyan
UFA
Andranik Mnatsakanyan
Denis Tumasyan
“Ural”
Edqar Manuçaryan
“Rostov”
Xoren Bayramyan
“Krılya Sovetov”
David Zaxaryan
“Anji”
Karlen Mkrtçyan
Ukrayna – 7
“Stal”
Rumian Ovsepyan
Artur Danielyan
Armen Ohanisyan
“Şaxtyor”
Artur Avahimyan
“Olimpik”
Geqam Kadimyan
“Aleksandriya”
Nutsu Ardelyan
Serji Railyan