- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Səbail” premyer liqanın 24-cü turunda öz meydanında “Neftçi”yə 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev bunu deyib:
“Sürətli, dinamik oyunun şahidi olduq. Rəqibdən üstün oynadıq. Kifayət qədər epizodlarımız oldu. Sadəcə, son nöqtəni qoymaq üçün ustalıq çatmadı. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlamağa çalışdıq. Planımız böyük ölçüdə alındı. İkinci hissədə rəqib azlıqda qaldıqdan və hesabı açdıqdan sonra belə, oyundan qopmadıq. Hətta qol da vurduq. Düşünürəm ki, təmiz qol idi. Təkrara baxdıqdan sonra bir daha əmin olduq.
Oyunun tempini daha çox referi aşağı salırdı. Halbuki buna ehtiyac yox idi. Rəqin son çempion idi. Bəzi qərarlarını anlamadıq. Rəqib qapıçı oyunu kifayət qədər gecikdirirdi. Biz əks-hücuma keçəndə matçı saxlayıb, sarı vərəqə göstərirdi. Bir sözlə, rəqibə azlıqda olduğunu hiss etdirmədi.
Ümumiyyətlə, oyunumuzdan razı qaldım. Artıq neçə oyundur ki, oyun baxımından rəqibdən geri qalmırlar. Lakin, bəzi oyunçuların ustalıq səviyyəsi aşağı idi. Məğlub olmamalıydıq. Düşünürəm ki, “Neftçi” özü də 3 xal qazanacağını gözləmirdi. Qarşıdakı matçlara baxacaq, layiqli mübarizə aparmağa çalışacağıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.