- Baxış sayı: 169
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 169
- Dekabr 05, 2025
- 0

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, çempionatın növbəti mərhələsində hazır durumda olacaqlarını söyləyib:
“İki mərhələdən ibarət təlim-məşq toplanışına yanvarın 5-də “ASCO Arena”da başladıq. Yanvarın 10-dan isə toplanışın ikinci mərhələsinə “Dalğa Arena”da davam edirik.
İlk mərhələ futbolçuların fiziki durumunun yüksəlməsinə hesablanmışdısa, ikinci mərhələdə texniki-taktiki çalışmalara üstünlük verilib. Bir yoxlama görüşü (“Səbail”-“Qarabağ-2”(0:0) artıq baş tutub.
Bu gün növbəti yoxlama oyununda “Keşlə” komandası ilə qarşılaşacağıq. Yanvarın 21-i və 24-ü planlaşdırılmış daha iki oyun var. Təlim-məşq toplanışını yanvarın 24-ü başa vururuq. Çempionatın növbəti mərhələsində hazır durumda olacağıq”.