- Baxış sayı: 15
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
Niderland Jupiler liqaslnda 17-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası səfərdə “Dordrext”lə üz-üzə gəlib.
“Den Boş” bu matçda heç-heçə edib (2:2). Həmyerlimiz görüşə start heyətdə başlayıb. O, matçın 33-cü dəqiqəsində qol vuraraq, komandasını hesabda önə keçirib – 2:1. 84-cü dəqiqədə isə baş məşqçi futbolçumuzu əvəzləyib.
“Ağ-mavi əjdahalar” 17 turdan sonra 21 xalla 20 komanda arasında 13-cüdür.