- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Neftçi”də zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, 3 oyunçunun zədəsi davam edir.
Azər Əliyev fizioterapiya prosesindədir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ata Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.
Qeyd edək ki, Azərbaycan çempionatının 25-ci turunda “Neftçi” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Matç sabah saat 19:00-da start götürəcək.