“Ağ-qaralar”da yeni əlaqələndirici

“Neftçi”də yeni təyinat gerçəkləşib. Allsport.az xəbər verir ki, Rüstəm Əfsərli “ağ-qaralar”ın media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

2005-ci ildən idman mətbuatında çalışır, 2015-ci ildən “CBC Sport” kanalında fəaliyyət göstərir. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda şərhçilər qrupuna rəhbərlik edib və proqram direktoru kimi çalışıb.

Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.

Həmin kateqoriyadan