- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub. Allsport.az xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cəng Sümərə tapşırılıb.
İstanbul nəhənglərindən biri “Beşikdaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu.
Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cəng Sümər “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.