- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçında (1:1) Filip Ozobiçin ilk qolu vurduğu top satılıb.
Allsport.az xəbər verir ki, “ağ-qaralar” bu oyunla “Top səndə” layihəsinə pilot çərçivədə start verib.
Bu qola imza atan təcrübəli yarımmüdafiəçi rəqib qapısından keçirdiyi topu oyundan sonra imzalayıb. İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılıb və dərhal satılıb. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Qeyd edək ki, iki oyunun yekununda qalib gələn “Neftçi” yarımfinala yüksəlib – 3:2, 1:1.