- Baxış sayı: 14
- 25 Noyabr 2024 14:38
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
AFFA U-15 liqasının XV turunda “Ulduz Mingəçevir”lə keçirilmiş matçda ağır zədə alan “Neftçi”nin qapıçısı Nurəziz Əzizovun son durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin həkimi Şaiq Zöhrablı klubun mətbuat xidmətinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, əməliyyat olunan futbolçunun vəziyyəti stabil ortadır: “O, özünü yaxşı hiss edir və bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq”.
Qeyd edək ki, qapıçı oyunun 37-ci dəqiqəsində rəqib komandanın hücumçusu ilə cərimə meydançası daxilində toqquşub. Qarın boşluğundan bərk zərbə alan futbolçuya dalağın partlaması diaqnozu qoyulub.