“Ağ-qaralar”ın zədəlisi qayıtdı

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirəcəyi cavab oyunu öncəsi komandanın durumu barədə məlumat yayıb.

Allsport.az xəbər verir ki, bir müddətdir, zədəli olan yarımmüdafiəçi Kilan Lebon artıq tam olaraq komanda ilə məşqlərə qoşulub.

Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Oyunçunun nə vaxt məşqləri bərpa edəcəyi 1 həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.  

Emil Balayev və Asiya kubokunda zədələnən Ata Caberin müalicə və reabilitasiyası davam edir.

Həmin kateqoriyadan