- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Ağabala Ramazanov premyer liqada 40-cı qolunu vurub. Allsport.az saytı xəbər verir ki, “Səbail”in hücumçusunun yubileyi 6-cı tura təsadüf edib. O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib.
Ağabala ölkə çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb.
İlk dəfə 2012/13 mövsümündə “Xəzər Lənkəran”da fərqlənən Ramazanov, cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxi”da 4 dəfə fərqlənib. Bu qarşılaşmayadək həm “Səbail”, həm “Zirə”də eyni sayda – 12 top vuran hücumçu, indiki komandasında qol sayını əvvəlki klubu ilə qarşılaşmada artırıb.
Ağabala premyer liqa karyerasında 206 oyun keçirib.