- Baxış sayı: 97
- 20 Mart 2026 23:43
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

FIFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsi oyununa təyinat alıb. Allsport.az xəbər verir ki, o, F qrupunda Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.