- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


Premyer liqanın 15-ci turunda “Qarabağ” – “Neftçi” oyunu öncəsi gərginlik davam edir. Allsport.az saytı xəbər verir ki, tərəflər bir-birinə söz atır. Dünən “Ağ-qaralar”ın rəsmi Feysbuk səhifəsi promo video hazırlayaraq, sonda mövsümün birinci hissəsində “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdikləri oyuna işarə vuraraq, “Harda qalmışdıq” sualı verib.
Bu gün Ağdam klubu eyni tərzdə rəqibinə cavab verib. Sonuncu dəfə mərkəzi arenada öz aralarında oynanılan matçda (2015/2016 mövsümü, ölkə kubokunun final oyunu – 1:0) vurduqları qələbə qolununun videosunu paylaşan “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi, qarşı tərəfə “Qaldığımız yerdən başlamağa hazırıq” cavabını verib.
Sabah Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 18:30-da başlayacaq.