- Baxış sayı: 133
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 133
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 3-cü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb. O bu klubun heyətində 2012/13 mövsümündə debüt edib, 200 oyunda 4 qol vurub.
Müdafiəçi 3 gün öncə daha bir yubileyini qeyd edib. 13-cü tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla, 300-cü matçı olub.
Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna sevinib.