- Baxış sayı: 39
- 25 Dekabr 2025 19:51
- Baxış sayı: 35
- Dekabr 26, 2025
- 0


Azərbaycan güləş federasiyasının hakimlər kollegiyasının sədrliyində dəyişiklik olacaq. Allsport.az saytına daxil olan məlumata görə, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Qərib Əliyev dekabrın 31-də vəzifəsi ilə vidalaşacaq. O, İlham Əliyevin sərəncamı ilə, ölkədə idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 25 dekabrda Azərbaycan respublikası prezidentinin fərdi təqaüdü ilə şərəfləndirilib.
Müxtəlif yaş qruplarında dünya və Avropa çempionatlarında qalib və mükafatçılar sırasında yer almış Ruslan Eminov, Nurəddin Rəcəbov, Vüsal Qurbanov, Hüsaməddin Rəcəbov, Emil Bəşirov, İslam Abbasov, Əli Sucayev və Elnur Hüseynov bu mütəxəssisin yetirmələridir. 68 yaşlı sumqayıtlılı məşqçi mülayim təbiətli idman mənsublarından sayılır. Məhz həmin səbəbdən hakimlikdə daim sabitlik olub. Son dövrlər ölkədə referilərin dərəcələrinin yüksəlməsi istiqamətində xeyli irəliləyiş nəzərə çarpıb. Qərib Əliyev “Tərəqqi” medalı ilə də təltif edilib.
Yanvarın 1-dən AGF-də hakimlər kollegiyasının yeni sədri Asif Şirəliyev olacaq. O, 2 dəfə yay olimpiya oyunlarını idarə edib. 26.01.2021-ci ildən Şamaxı rayon icra hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Gənc məmurun bəzi referilərlə münasibəti yaxşı deyil. O üzdən bir müddət sonra gərginlik gözlənilir.
Üstəlik, Asif Şirəliyev 3-cü dəfə olimpiadaya yollanmaq niyyətindədir. Hazırda 1 yerə daha 2 namizəd var: Sədi Quliyev və Bəşir İsazadə. Adı ilk çəkilən referinin bu sahədə yetərincə təcrübəsi var; xeyli zamandır güləş yarışlarının katibidir. Lənkəranlı ədalət təmsilçisi isə qısa zamanda öz bacarığı və qabiliyyətli ilə zirvəyə yüksəlib. Dünya güləş birliyində hazırda ona etimad böyükdür. Onun ötən ay Ər Riyadda keçirilən 6-cı İslam həmrəyliyi oyunlarına özəl dəvət alması və güləş hakimliyində yeganə təmsilçimiz olması buna əyani misaldır.