Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub.

Ağstafa rayonu Vurğun qəsəbə sakini Ağa Əliyev yürüşə mayın 1-də Ağstafa rayonunda Heydər Əliyevin abidəsi önündən başlayıb. İlk gündə Gəncəyə kimi 96 km-lik məsafə qət edilib. Azərbaycanda, eləcə də ölkəmizdən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev ardınca 70 km-lik məsafəni keçərək Gəncədən Yevlaxa gəlib. Növbəti dayanma məntəqələri Kürdəmir və Hacıqabul rayonları olub. Son mərhələyə Hacıqabuldan start verən yürüş iştirakçısı 118 km-lik məsafəni qət edərək finiş nöqtəsinə çatıb. İdmançı Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etməklə 465 km-lik ultramarafonu uğurla başa vurub. Finiş nöqtəsində onu gənclər və idman nazirliyi, Azərbaycan atletika federasiyası və Qaradağ rayon icra hakimiyyətinin rəhbər şəxsləri, idman ictimaiyyətinin nümayəndələri və Lökbatan sakinləri qarşılayıblar. Atletika federasiyasının prezidenti Cavid Qurbanov Ağa Əliyevi bu nailiyyətinə görə təbrik edib və ona diplom, qiymətli hədiyyələr, pul mükafatı təqdim edib.

Ağa Əliyev Azərbaycanda 5 gün ərzində ən uzaq məsafəni qət etmə rekorduna sahib çıxıb.

Həmin kateqoriyadan

azenrutr