- Baxış sayı: 71
- 25 Fevral 2026 21:36
- Baxış sayı: 56
- Mart 02, 2026
- 0

Martın 3-də “İdman həftəsi” çərçivəsində ahıl şəxslər üçün sosial xidmət müəssisəsində dama yarışı keçirilib.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin təşkil etdiyi yarışda qadınlar arasında birinci yerə Rəisə Şaqudilina, ikinci yerə isə Müslimat Rzaxanova layiq görülüblər. Kişilər arasında isə birinci yeri Abbas Abbasov, ikinci yeri Xanlar Camıyev və üçüncü yeri isə Əlisəfa Mirzəliyev tutublar.
Yarışın sonunda qaliblər diplom və mükafatlarla təltif olunublar.