AİA – beynəlxalq sərgisində

Qazaxıstanın Almatı şəhərində 25-ə yaxın aparıcı ali təhsil müəssisələri içərisində Azərbaycan İdman Akademiyasının (AİA) “Study in Azerbaijan” beynəlxalq sərgisi də yer alır.

Allsport.az saytı xəbər verir ki, AİA-nın tədris işləri üzrə prorektor Ülkər Babayeva, beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin beynəlxalq reytinqlər üzrə əlaqələndiricisi Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər.

Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır.

Sözü gedən sərgi 7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax milli universitetinin Farabi hub innovasiya mərkəzində davam edəcək.

Həmin kateqoriyadan