- Baxış sayı: 74
- 13 Aprel 2026 12:40
- Baxış sayı: 319
- Aprel 20, 2026
- 0

Martın 5-də “İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” Qazax şəhərində regional gənclər və idman idarələrinin rəisləri, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər idman qurğularının rəhbərləri ilə görüşüb.
Allsport.az xəbər verir ki, Qazax şəhəri gənclər evində keçirilən tədbirdə nazir Fərid Qayıbov hər kəsi bədən tərbiyəsi və idman günü münasibətilə təbrik edib.
İclasda regional gənclər və idman idarələrinin, UGİM-lərin və idman qurğularının fəaliyyəti müzakirə olunub. Nazir Fərid Qayıbov iştirakçıları dinləyib, müvafiq tövsiyələrini verib.