- Baxış sayı: 197
- 30 Yanvar 2026 11:55
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

Azərbaycan idman akademiyasının (AİA) Rəqəmsallaşma və imtahan departamenti, İmtahanların keçirilməsi və təhlili şöbəsinin müdiri Günel Nəbiyeva beynəlxalq nüfuzlu “Coursera” təhsil platformasında ixtisaslaşmış kursu uğurla başa vuraraq sertifikat əldə edib.
Allsport.az saytı xəbər verir ki, bu nailiyyət AİA-nın strateji inkişaf planında nəzərdə tutulan akademik və inzibati heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Sözügedən beynəlxalq onlayn təhsil platforması iqtisadiyyat nazirliyinin tabeliyində 4-SİM və elm və təhsil nazirliyinin tabeliyində təhsilin inkişafı fondu birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ akademiyası” çərçivəsində “milli proqram”dır.