AİJA nümayəndə heyəti ilə Bakı-2017 əməliyyat komitəsi arasında görüş keçirilib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi ilə 4-cü İslam həmrəyliyi oyunları əməliyyat komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirsin qonağı olub. Allsport.az saytının məlumatına görə, görüşdə Bakı-2017-yə hazırlıq işlərinin gedişi, media akkreditasiya məsələləri, yerli və beynəlxalq mətbuat nümayəndələri üçün yaradılacaq şərait və s. məsələlər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Avropalı xanım bildirib ki, ölkəmizə İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan 57 ölkədən idmançıların qatılması nəzərdə tutulur. İndiyədək 53 ölkə qeydiyyatdan keçib. Avropadan Oyunlara Türkiyə və Albaniya atletləri qatılacaqlar. Onlar idmanın 21 növü üzrə mübarızə aparacaqlar. Media akkreditasiyası martın 31-dək davam edəcək. İndiyədək 300-dən çox KİV nümayəndəsi qeydiyyatdan keçib. Onların arasında yerli jurnalistlər üstünlük təşkil edirlər.

Görüşdə Əməkdar jurnalistlər, Milli Olimpiya Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvləri – AİJA-nın prezidenti, AIPS AVROPA-nın İcraiyyə Komitəsinin üzvü Eldar İsmayılov, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev iştirak ediblər.

 

Həmin kateqoriyadan