- Baxış sayı: 112
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

MOİK Moskvanın qapıçısı İqor Akinfeyev rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 39 yaşlı futbolçu buna Rusiya superkubokunda “Krasnodar” üzərində qələbədən (1:0) sonra nail olub.
O, turnirin qələbələr sayında mütləq rekordçu olub. İqor bu kuboku 8-ci dəfə (2004, 2006, 2007, 2009, 2013, 2014, 2018, 2025) qazanıb.
Akinfeyev hərəyə 7 dəfə Rusiya superkubokunu qazanan Sergey İqnaşeviç və Mixail Kerjakovu geridə qoyub.