- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Yeni mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı “Qarabağ” növbəti transferi reallaşdırıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə futbolçu almağı planlaşdıran ölkə çempionu uzun müddətdir davam edən axtarışı uğurla tamamlayıb.
Klub Haiti millisinin üzvü və ötən mövsüm Türkiyə superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Geyrenin keçidini rəsmiləşdirib. Onunla 2-illik müqavilə imzalanıb.
Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb.