Alayev: “Çox istərdim ki, turun sonunda hakim səhvlərindən deyil, futboldan danışaq”

Allsport.az xəbər verir ki, Rusiya premyer liqasının prezidenti Aleksandr Alayev aprelin 26-da keçiriləcək RPL-in ümumi yığıncağında Rusiya futbol ittifaqının (RFİ) hakimlər komitəsinin rəhbəri Pavel Kamantsevin iştirak edəcəyini təsdiqləyib.

“Ümumi yığıncağın gündəliyinə hakimlik, o cümlədən ehtiyat hakimlərin maaşının artırılması məsələsi daxildir.

Biz Pavel Kamantsevi görüşümüzə dəvət etdik. Bu gün onunla danışdım, o, şəxsən iştirak edəcək, buna görə ona minnətdaram. Xüsusilə bütün klub rəhbərlərinin orada olacağını nəzərə alsaq, belə tərkibdə danışmaq çox vacibdir. Mən hakim sisteminin digər nümayəndələrini də iştirak etməyə dəvət edirəm, Kamantsev təkbaşına danışıqlarda iştirak etsə, çox düzgün olmaz. RFU-nun nümayəndələri də olacaq.

Həmin kateqoriyadan