- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa futbol assosiasiyaları ittifaqının (UEFA) nəzarət, intizam və etik orqanı 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Xorvatiya – Albaniya matçının nəticələrinə görə Albaniya futbol federasiyasını (FSHF) ümumilikdə 47,5 min avro məbləğində cərimələyib.
Allsport.az xəbər verir ki, iyunun 19-da Hamburqda keçirilən görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
UEFA-nın rəsmi saytının məlumatına görə, FSHF azarkeşlərə pirotexniki vasitələr yandırdığına görə 2,5 min avro, meydançaya müdaxilə etdiyinə görə 20 min avro və idman tədbirinə uyğun olmayan təxribat xarakterli mesajların yayılmasına görə 25 min avro cərimələnib.