- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, onun komandası DÇ-2018-in seçmə mərhələsində evdə İtaliya futbolçuları ilə qarşılaşıb.
“Dağ qartalları” tsiklin son turu çərçivəsində baş tutan matçda kiçik hesabla uduzublar (0:1). “Qarabağ”ın futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Ansinin milli komandası bu mərhələni 13 xalla 3-cü pillədə başa vurub.