- Baxış sayı: 84
- 13 Aprel 2025 21:50
- Baxış sayı: 84
- Aprel 13, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada yeniyetmələrin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxışlarını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, “klassiklər”in ardından, qızlarımız da fəxri kürsüdə yer almağa başlayıblar. İdmançılarımızla yanaşı, azərbaycanlı hakimlər də öz sözlərini deyirlər. Yeri gəlmişkən, İsgəndərbəyin ölkəsində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında tarixi hadisə yaşanıb.
Dünya güləş birliyi, yunan-Roma üsulunda 65 kq-da Pertos Əsgəryan (Ermənistan) – Georgi Tçikaidze (Gürcüstan) arasında final görüşü həmyerlimizə tapşırıb. Həbib Nurulu etimadını peşəkarcasına doğruldub. Ertəsi gün 2-ci dərəcəli beynəlxalq referiyə 71 kq-da Qor Xaçaturyan (Ermənistan) – İvan Bialilayev (Belarus) arasında 3-cü ter uğrunda görüşü həvalə edilib.
Bu kateqoriyada digər bacarlıqlı təmsilçimiz Bəşir İsazadə həlledici tutaşmalararda döşək hakimi olaraq yer alıb.