- Baxış sayı: 12
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi qətliama “Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqolli də etirazını bildirib.
Allsport.az saytı xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı sol cinah oyunçusu bununla bağlı özünün İnstagram səhifəsində paylaşım edib.
Albaniyalı müdafiəçi üzərində “Ganja Strong!” və “Pray for Ganja” (Gəncə güclüdür və Gəncə üçün dua edin) sözü yazılmış foto paylaşıb. O, 2012-2019-cu illərdə Ağdam komandasının şərəfini qoruyub.