- Baxış sayı: 42
- 20 Mart 2026 22:44
- Baxış sayı: 136
- Mart 19, 2026
- 0

Yeni mövsümün 3-cü mükafat yarışı 2-illik fasilədən sonra geri dönən Avstraliyada keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həftəsonu Melbrunda azarkeşlər yenilik müşahidə edəcəklər. Artıq trasda 4 DRS zonası olacaq. FİA rəsmən “Albert park” trasında 2 DRS deteksiya və 4 DRS aktivasiya zonalarını təsdiq edib.
Formula-1 tarixində bu günə kimi heç bir yarışda 4 DRS zonası qeydə alınmamışdı. Deteksiya nöqtəsində 2 maşının arasında məsafə 1 saniyədən az olarsa, arxadakı boliddə aktivasiya nöqtəsində arxa qanadın hərəkətli elementini yuxarı qaldırmaq imkanı qazanacaq.
Aynur MEHDİYEVA