- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avstraliyada Formula-1 üzrə 3-cü mükafat yarışının sıralanma turu başa çatıb. Allsport.az saytı xəbər verir ki, 2 ötüşməni koronavirusa yoluxduğu səbəbindən buraxmalı olan Sebastyan Fettel (“Aston Martin”), nəhayət, cari mövsümdə debüt edib.
“Pirelli” şirkəti Melburna ardıcıl təkər komplektasiyalırını gətirmədiyi üçün, sürücülərin istifadəsinə C2 və C3-lərlə bərabər C5 tərkibi verilib. Bu yalnız sıralanma turunda istifadə olunub. Son sessiyada gözlənildiyi kimi, hamı “Soft” təkərlərlə trasa çıxıb.
“Red Bul”dan Maks Ferstappen 1:18.399 nəticə göstərməyinə baxmayaraq, komanda yoldaşı Serxio Peres onu 0.001 saniyə fərqlə üstələyib. Sonunda “Ferrari”nin piloti Şarl Lekler hər 2 sürücüdən üstün nəticə ilə fərqlənib – 1:18.239.
Sabah Bakı vaxtı ilə 09:00-da azarkeşləri gərgin mübarizə gözləyir.
Aynur MEHDİYEVA