Aleks Albon: “Mövqeyimizdən biraz geri çəkilmişik”

Allsport.az saytı xəbər verir ki, Beynəlxalq avtomobil federasiyası bir müddət öncə yeni qaydaları açıqlayıb. Çempionatda çıxış edən pilotların siyasi bəyanatlarına münasibət bildirməsi qarşı sərt addımların atılacağı bildirilib.Artıq bir neçə sürücü müsahibə zamanı bu mövzuda etirazını gizlətməyib. ”Uilyams” komandasının pilotu Aleks Albon təqdimat zamanı məsələyə fikrini belə bölüşüb:

”Hesab edirəm ki, pilotlar bütün dünyada baş verən problemlərə müvafiq münasibət bildirir. FİA-nın qadağalarından sonra, biz mövqeyimizdən biraz geri çəkilmişik. Formula-1 sürücüləri bu barədə, çaşqın və narahatdır. 2023-cü ilin qayda dəyişikliklərinə əsasən, çempionatın idarəedici rəhbərliyinin razılığı olmadan, siyasi, dini və şəxsi bəyanatlar etməyə icazə verilmir”.

Artıq Valterri Bottas, Maks Ferstapen və indi Aleks Albon tərəfindən dəyişiklik tənqid ilə qarşılanıb.

Həmin kateqoriyadan