Aleksey Baqa: “Qarabağ”ı çıxsaq, digər klublar bərabər səviyyədədir

Bu gün “Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqanın mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, belaruslu mütəxəssis, Azərbaycan futbolu ilə ilk dəfə avrokuboklarda “Qarabağ”dan tanış olduğunu deyib:

“Yerli klubları təhlil etdikdə, “Qarabağ”ı çıxsaq, digərləri bərabər səviyyədədir. Komandaların heyətində maraqlı oyunçular var. Rusiyalı mütəxəssis Murad Musayev “Sabah”da çalışır.

Qazaxıstanda süni örtüklü stadionlarda oynayırdıq və bu da matçın baxımlılığını azaldırdı. Azərbaycanda bu sarıdan problem olmayacağını düşünürəm”.

Aleksey Baqa 2018/19 mövsümü çempionlar liqasının 3-cü təsnifatında BATE-nin baş məşqçisinin əvəzliyicisi kimi “Qarabağ”la qarşılaşmışdı. Ağdam təmsilçisini üstələyib pley-ofa vəsiqə qazandıqdan sonra, o, baş məşqçi təyin olunmuşdu.

Həmin kateqoriyadan