“Alfa Romeo” C43 modelinin uğurlu debütundan razıdır

Allsport.az saytı xəbər verir ki, hazırda İsveçrəlilər yeni C43 bolidin sinaqlarını keçirir. Barselonadakı yürüşlərə komandanın sürücüləri Valterri BottasQuanyu Cjou qatılıb. Ehtiyat pilot Teo Purşer də trasda özünü yoxlayacaq. “Alfa Romeo”un icraçı rəhbəri Alessandro Alunni Bravi testlər haqqında açıqlama verib:

“Yeni C43 yarış avtomobilinin ilk dəfə trasa çıxmasına sevinirəm. Yürüşlərdə biz partnyorlarımız üçün müxtəlif kadrlar çəkməyi düşünürük. Uzun müddət bolid üzərində gərgin işlərin yekunlaşması, çətin mərhələnin sonu hesab oluna bilər. Bu sınaqdan layiqincə çıxdımız üçün çox qürürluyuq. Hinvilldə yerləşən bazamızda çalışan bütün əməkdaşlarımıza və texniki dəstəkçimiz “Ferrari”yə dərindən minnətdarıq”.

Həmin kateqoriyadan