Alimlərin təlkifinə sərt cavab: “Afrika test laboratoriyası deyil”

Fransalı alimlərin COVID-19 pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya verilib. Allsport.az xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqba elm adamlarının fikrini sərt tənqid edib:

“Bunu qəbul etməyimiz ağılasığmazdır. Afrika test laboratoriyası deyil. Bu alçaldıcı və irqçi fikirləri şiddətlə qınayıram. Afrikanı sınaq donuzu kimi görmək yerinə, buradakı həyatları xilas etməyi və virusun yayılmamağına kömək edin”.

Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto da fransız alimlərin cavabını sosial şəbəkə hesabında verib: “Afrika sizin oyun yeriniz deyil. Siz sadəcə şərəfsizsiniz”.

Fransa tibbi araşdırma institutunun tədqiqat direktoru Kamilla Loxt və “Cochin” xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan-Pol Mira koronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.

Həmin kateqoriyadan