- Baxış sayı: 36
- 19 May 2026 20:47
- Baxış sayı: 424
- May 22, 2026
- 0

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
Lütfəliyeva “B” qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.