“Allaha şükürlər olsun ki, futbolçular tez ayıldılar”

Bu gün “Araz Naxçıvan” premyer liqanın 10-cu turunda səfərdə “Qəbələ”yə 4:2 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov qələbəni belə şərh etdi:

“Oyun gərgin başladı. Böyük hesabla uduza da bilərdik. Allaha şükürlər olsun ki, futbolçular tez ayıldılar və ilk hissədə qolu vura bildik.

Açıq oyun getdi. Qol vurmasaydıq, çətin olacaqdı. Biz fərqlənəndən sonra rəqib açıldı və onları əks-hücumlarda yaxaladıq.

Əlimizdə olanlardan yararlanmalıyıq. Yarış cədvəlində mövqemiz yaxşıdır. Amma avrokubok barədə hələ düşünmürük. Bütün diqqətimizi çempionata yönəltmişik”.

Həmin kateqoriyadan