- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunun finalında “Atalanta” ilə oyunda (1:0) etdiyi davranışa görə cəzalandırılıb.
Allsport.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb.
Mənbənin sözlərinə görə, intizam komissiyasının qərarı ilə Alleqri 2 turluq diskvalifikasiya edilib. Həmçinin “Yuventus”un çalışdırıcısı 5 min avro cərimə ödəyəcək. Qadağa yalnız İtaliya kuboku matçlarına şamil edilir.