Alleqri: “Diqqətimizi 2-ci yer uğrunda mübarizəyə yönəltməliyik”

Allsport.az xəbər verir ki, Massimiliano Alleqri “Yuventus”un Avropa liqasının yarımfinalında “Sevilya”ya uduzaraq (1:2, 1:1) turniri tərk etməsi barədə danışıb.

“Belə matçlarda hər şeyi təfərrüatlar həll edir, vurulan qolla buraxılan qol arasındakı fərq məhz onlardadır.

Yaxşı matç keçirdik və oyunçularımız öyrənmək üçün bu addımları atmalıdırlar. Gərgin mübarizə getdi. Hər şey ola bilərdi, amma rəqib qol vurdu, biz bacarmadıq.

“Sevilya” ağıllı davrand və tempi aşağı saldı. İndi “A” seriyasında daha çox xal toplamaq üçün səy göstərməliyik. Diqqətimizi 2-ci yer uğrunda mübarizəyə yönəltməliyik.

Heyif ki, finala çıxa bilmədik, uşaqlar buna layiq idilər. Avrokuboklarda çox təcrübəniz olmayanda bu fərq özünü göstərir” – deyə mütəxəssis bildirib.

Həmin kateqoriyadan