Alleqri Paredeslə münaqişəsi ilə bağlı məlumatı təsdiqləyib

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın yarımmüdafiəçisi Leandro Paredeslə münaqişəsi barədə məlumatı təsdiqləyib.

Allsport.az xəbər verir ki, daha əvvəl argentinalının paltardəyişmə otağında məşqdən sonra komanda yoldaşlarının gözü qarşısında məşqçiyə etdiyi sərt rəftar hərkəs tərəfindən bilinirdi. Xüsusilə, Paredes Alleqrini ona verilən az oyun vaxtı üçün qınamağa başladı. Əsəbiləşən oyunçunu bir neçə komanda yoldaşı sakitləşdirməli olub.

Təcrübəli məşqçi hadisə ilə bağlı bunları deyib: “Bizim söhbətimiz olub. Komandadakı hər kəsin diqqətini cəmləməsi vacibdir. Seçim edərkən, səhv də olsa, həmişə komandanın maraqlarını nəzərə alıram. Mən onun reaksiyasından məmnunam”.

Həmin kateqoriyadan