Allinin anası: “Onun cinsi istismarından xəbərim yox idi”

Allsport.az xəbər verir ki, Dele Allinin bioloji anası oğlunun başına gələn hadisədən danışıb.

Dele daha əvvəl 6 yaşında anasının dostu tərəfindən cinsi istismara məruz qaldığını açıqlamışdı. Həmçinin, “Everton”un yarımmüdafiəçisi bioloji valideynləri ilə əlaqəni kəsdiyini etiraf etmişdi.

“Onun cinsi istismarından xəbərim yox idi. Çox üzr istəyirəm. Evimə buraxdığım birinin mənə xəyanət edə biləcəyini düşünmək ürəyimi parçalayır.

Oğlumla artıq ünsiyyət qurmadığım üçün nə qədər üzüldüyümü sözlə ifadə edə bilmirəm, sadəcə ümid edirəm ki, onu yenidən görmək şansım olacaq” – Allinin anası Denis bildirib.

Həmin kateqoriyadan