- Baxış sayı: 96
- 20 Mart 2026 23:43
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

Qətərdə futbol üzrə Dünya Kubokunda 2-ci tur davam edir. Allsport.az saytı xəbər verir ki, “E” qrupunda “Əl Bayt” stadionunda Almaniya və İspaniya üz-üzə gəliblər.
İlk hissədə qapılara qol vurulmayıb. 2-ci yarıda pireneylilər Alvaro Morata (62 dəq) ilə hesabı açıblar. Amma 4-qat dünya çempionları ruhdan düşməyiblər. 83-cü dəqiqədə Niklas Fullkruq oyunda son nöqtəni qoyub (1:1).