Almaniya, İtaliya və Fransa klublarının skautları Əmrəlini izləyəcəklər

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Əmrəli Avropa klublarının maraq dairəsinə düşüb.

Allsport.az xəbər verir ki, Almaniyanın “Herta Berlin”, “Hoffenmhaym” və “Borussiya” (Mönxenqladbax), İtaliyanın “Fiorentina”, Fransanın “Lill”, Danimarkanın “Midtüllan” və Çexiyanın “Slaviya” (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.

Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə “Lex”ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Skautların siyahısında Əmrəli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.

Bu gün oynanılacaq “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Həmin kateqoriyadan