Almaniya mətbuatı millimizin hücumçusunu ən uğurlu yay transferlərindən sayıb

Almaniya mətbuatı 3-cü bundesliqanın ən yaxşı yay transferlərini seçib. Allsport.az saytı xəbər verir ki, siyahıda milli hücumçusu Rüfət Dadaşov da yer alıb. Həmkarlarımız, ümumilikdə, 10 futbolçu müəyyənləşdiriblər. Yerli KİV-in həmvətənimizlə bağlı bunu düşünüblər:

“Adriano Qrimaldi yayda “Proyssen”i tərk edərək Münxenə köçdü. Münster təmsilçisi bu boşluğu Berlində əla hazırlıqla diqqət çəkən Rüfət Dadaşovla doldurdu. O, hələ tam gücünü ortaya qoymayıb. Buna rəğmən, 17 oyunda 7 qol vurub. Rüfətin ötən ilin sonu zədələnməsindən sonra onu əvəz edən heç nə ilə yadda qalmadı. İndi əsas qol ümidi yalnız Rüfətdir”. 

Qeyd edək ki, “qartallar” 20 turdan sonra 29 xalla 7-ci pillədədir.

Həmin kateqoriyadan