- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

Bu gün Azərbaycan millisi Dünya Kuboku-2018-in seçmə mərhələsində Bakıda almaniyalı həmkarlarını qəbul edib. Allsport.az saytı xəbər verir ki, Robert Prosineçkinin komandası “C” qrupunda itkisiz irəliləyən öncülə qarşı yalnız 35 dəqiqə müqavimət göstərə bilib. 12-ci dəqiqədə kapitan Sami Xediranın qoluna 19 dəqiqə sonra Dmitri Nəzərov cavab verib – 1:1.
“Ay-ulduzlular”ımızın gücü ancaq buna yetib. 36 və 45-ci dəqiqələrdə müvafiq olaraq Tomas Müller və Mario Qomes fərqləniblər. Növbəti yarıda Andre Şürrle (81) də adını tabloya yazdırıb – 4:1. Maraqlıdır ki, almanlar geridə qalan ilk 4 turda qapılarında qol görməmişdilər.