“Almaniya millisi favorit deyil”

Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix komandasının dünya çempionatındakı imkanlarının dəyərləndirib.

Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçu son turnirlərdəki uğursuzluqlara görə hazırda əsas favorit sayılmadıqlarını etiraf edib:

“Son çempionatlarda lazımi səviyyədə deyildik, ona görə də favorit deyilik. Amma turnir başlayanda kimsə 4-8 il əvvəl olanlara baxmayacaq. Əsas odur ki, hamı sağlam olsun və 100 faiz gücünü ortaya qoysun”.

Almaniya millisi son iki dünya çempionatında qrupda qalıb. Komanda martın 27-də İsveçrə, martın 30-da isə Qana ilə yoldaşlıq görüşü keçirəcək.

Həmin kateqoriyadan