- Baxış sayı: 40
- 23 İyun 2026 16:34
- Baxış sayı: 218
- İyun 23, 2026
- 0

Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian open” beynəlxalq turniri keçirilib.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar.
Komandamızın üzvləri 1 qızıl və 4 bürünc medal qazanıblar.
49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Taekvondoçularımız Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.
Martın 22-də böyüklər arasında keçirilən yarışda taekvondoçumuz Həşim Məhəmmədov (63 kq) bürünc medal qazanıb.
Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.