Almaniya millisində növbəti vida

“Bavariya”nın almaniyalı futbolçusu Tomas Müller milli karyerasını bitirmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu Almaniya millisini tərk etmək istəyir. Belə ki, Müllerin Almaniya millisində sonuncu oyunu vətənində keçirilən Avropa çempionatının 1/4 finalında İspaniya ilə matç olub. Almanlar bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, turnirdən kənarlaşdırılıb.

Tomas Müller 2010-2024-cü illərdə Almaniya millisinin heyətində 131 oyun keçirib. O, 45 qol vurub və 41 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan