- Baxış sayı: 28
- 04 Fevral 2026 15:55
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Almaniya futbol federasiyası (DFB) milli komandanın idman direktoru Rudi Föllerlə müqaviləni uzadıb.
Allsport.az xəbər verir ki, 63 yaşlı mütəxəssislə yeni müqavilə 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.
O, 2023-cü ilin fevralından Bundestimin direktoru vəzifəsində çalışır.
O, Almaniya yığmasında 90 oyuna çıxıb, 1990-cı ildə dünya çempionu olub. Məşqçi kimi o, milli komanda ilə 2002-ci il DÇ-nin finalına yüksəlib.