Almaniya millisinin əsas qapısıcı “ay-ulduzlular”ımıza qarşı ev oyununu da buraxacaq

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa oyunlarına hazırlıqda məşqdə zədələnib. Allsport.az saytı xəbər verir ki, Müayinədən sonra 31 yaşlı qolkiperin əməliyyat olunacağı müəyyənləşib. Bu üzdən o, bir neçə ay yaşıl meydandan kənar qalacaq.

Noyerin çərçivəsini qoruduğu Almaniya yığması DÇ-2018-in seçmə qrup mərhələsində “ay-ulduzlular”la bir görüşü var. Maraqlıdı ki, zədə səbəbindən bu ilin martında Bakıdakı oyunu buraxan təcrübəli qapıçı, oktyabrın 8-də Kayzerslauterndə keçiriləcək matçda da bizə qarşı çıxış etməyəcək.

Həmin kateqoriyadan