- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Formula1 dünya çempionatı çərçivəsində Almaniya mükafat yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, mövsümün 11-ci ötüşməsi Xokkenxaym avtodromunda baş tutub. Sürücülər 67 dövrə vurublar.
Gərgin rəqabət “Mersedes”in diqtəsinə son qoyub. Almaniya komandasının pilotları bu çempionatda ilk dəfə fəqri kürsüdə yer almayıblar. Belə ki, 1-ci yeri “Red Bull”dan Maks Ferstappen tuutb. “Ferrari”nin sürücüsü Sebastyan Fettel finişə 2-ci, “Toro Rosso”dan Daniil Kvyat 3-cü çatıblar.
Ümumi nəticədə Lüis Həmilton 225 xalla öncüllüyünü davam etdirir. “Mersedes”in digər üzvü Valtteri Bottas 2-ci (184) və Maks Ferstappen (162) 3-cüdürlər.
Mühəndislər kubokunda “Mersedes” əlçatmazdır (409). “Ferrari” 261 xalla sonrakı yeri tutur. “Red Bull” 217 xalla 3-cü sırada qərarlaşıb.
Növbəti qran-pri 2-4 avqustda Macarıstanda olacaq. Hunqarorinq avtodromunda 70 dövrə vurulacaq.